Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

Yanvarın 2-də respublika ərazisində gözlənilən hava şəraiti açıqlanıb.

Vizual.Az Ekologiya və Təbii Sərvətlər NazirliyininMilli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, bu sabah havanın dəyişkən buludlu olacağı,arabirtutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı, zəif duman olacağı ehtimalı var. Cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 3-5° isti, gündüz 7-9° isti, Bakıda gecə 3-5° isti, gündüz 7-9° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 764 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 80-90%, gündüz 60-65 % təşkil edəcək.

Respublikanın bölgələrində arabir yağış, dağlıq rayonlarda qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti, dağlarda gecə 1-6° şaxta, gündüz 2-7° isti olacağı gözlənilir.