Azərbaycanda pensiya yaşı artırıla bilər

Azərbaycanda pensiya yaşı artırıla bilər

Yenidən Azərbaycanda pensiya yaşının artırılması ilə bağlı müzakirələr gedir.

Vizual.Az xəbər verir ki, bu da təsadüfi deyil.

Milli Məclisə "Əmək pensiyaları haqqında” qanuna dəyişikliklər nəzərdə tutan layihə daxil olub.

Layihəyə 2017-ci ilin yaz sessiyasında baxılması gözlənilir. Bir tərəfdən pensiya yaşının artırılması ölkə büdcəsinə təzyiqləri aşağı salır. Digər tərəfdən isə gənc mütəxəssislərin, ali məktəb məzunlarının işlə təminatına problem yaradır.

Nəzərə almaq lazımdır ki, doğum halları ilə müqayisədə ölüm halları həmişə az olur. Yaş senzinin qaldırılması istənilən ölkənin cəmiyyətində müəyyən problem və qıcıqla qarşılanır. Ən əsası isə ölkənin inkişaf sürəti azalır.

Ekspert Vüqar Bayramlı da yaş senzinin qaldırılmasını mənfi addım adlandırır:

"Kişilər üçün yaş senzinin 65 yaşa qaldırılması sosial baxımdan olduqca ədalətsizlikdir. Bir çox ölkələrlə müqayisədə Azərbaycanda orta ömür müddəti qısadır”.

Ekspert Oqtay Haqverdiyev isə deyir ki, özəl pensiya fondları yaratmaqla bu problemi çözmək olar:

"Pensiyaçıların sayı artır, dövlətin pensiya ödəməsi çətinləşir, buradan da yaş həddini qaldırmaq söhbətləri ortaya çıxır”.