Artur Rasizadə hesabat verəcək

Artur Rasizadə hesabat verəcək

Milli Məclisin qış tətili bitdikdən sonra komitələr işə başlayaraq yaz sessiyasında müzakirəyə çıxarılacaq qanun layihələrini nəzərdən keçirir.

Parlamentin yaz sessiyasının ilk planer iclası isə fevral ayının 1-də olacaq.

Milli Məclisin yaz sessiyasının 5-ci iclasında Nazirlər Kabinetinin 2016-cı ildəki fəaliyyətinə dair hesabat dinləniləcək.

Qeyd edək ki, bu prosedur, "Milli Məclisin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında" Konstitusiya Qanununun 1-ci maddəsinə uyğun olaraq həyata keçirilir.

Daha sonra isə hesabatın müzakirəsi başlanır.

Hesabat əvvəlcədən tanışlıq üçün Milli Məclisə təqdim olunur, deputatlara paylanılır.(Modern.az)

 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.