60 maralını apardılar

60 maralını apardılar

Bakı sakininə qarşı külli miqdarda dələduzluq edilib.

1960-cı il təvəllüdlü Akif Əliyev üzləşdiyi dələduzluq faktı ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.

O, ərizəsində bildirib ki, 2014-cü ilin avqust ayında 1982-cü il təvəllüdlü Mədət Bayramov onu aldadıb və 192 min manat dəyərində 60 baş maralını alıb. Amma indiyədək pulunu verməyib.

Hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır.(Report.az)