924 nəfər qidadan zəhərlənib, iki nəfər ölüb - Azərbaycanda

924 nəfər qidadan zəhərlənib, iki nəfər ölüb - Azərbaycanda

2016-cı il ərzində Azərbaycanda 625 qida zəhərlənməsi hadisəsi baş verib, 924 nəfər zərər çəkib.

Bu barədə Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin illik hesabatında bildirilib.

Hesabata görə, ötən il 36 botulizm hadisəsi nəticəsində 55 nəfər zəhərlənib.

Qida zəhərlənmələrindən 2 nəfər vəfat edib.

Ötən ilin dekabr ayında isə baş verən 24 qida zəhərlənməsi halı nəticəsində 37 nəfərin zərər çəkdiyi, 3 botulizm hadisəsi nəticəsində 9 nəfərin zəhərləndiyi açıqlanıb.