ABŞ kəşfiyyatı Trampa niyə məlumat vermir? – Rusiya müəmması

ABŞ kəşfiyyatı Trampa niyə məlumat vermir? – Rusiya müəmması

ABŞ kəşfiyyat orqanları rus hakerlərin hücumu barədə yeni prezident Donald Trampa məlumat verməyə tələsmir. Bu fakt yeni prezidenti bir az da şübhələndirib.

Bu barədə "Röyter” agentliyində dərc olunan məqalədə yazılıb:

"Yanvarın 3-də Tramp mətbuat qarşısına çıxmalı, rus hakerlərinin seçkiyə müdaxiləsi haqda danışmalıydı. O, hətta hamının bilmədiyi, ancaq ona bəlli bəzi məqamları açıqlayacağına söz vermişdi. Amma bu gün mətbuat Trampın mətbuat konfransının yenə ertələndiyini yazır.

Trampınkəşfiyyat orqanlarından almalı olduğu məlumat gecikir. Yeni prezident cümə günü məlumatlandırılacaq.

Tramp Tvitterdə Rusiyanın seçkiyə müdaxiləsi ilə bağlı şübhələrini təkrarlayıb. Onun sözlərinə görə, müşavirləri də demokratların Rusiyanı qəsdən suçladığını, onun seçkidə qələbəsini şübhə altında qoymağa çalışdığını düşünürlər.

"Kəşfiyyat "rus hakerlərin hücumu”haqda məlumatı cümə gününə saxladı. Yəqin nə isə quraşdırmaqdan ötrü əlavə vaxt lazımdır. Çox şübhəlidir!”, - Tramp yazıb”.

Xatırladaq ki, ABŞ kəşfiyyatı rus hakerlərin seçkiyə müdaxilə edərək Trampın qələbəsinə yardım etdiyini açıqlayıb. Prezident Barak Obama ittihamların tam təsdiqləndiyini deyib, Kremli cəzalandıracaqlarını elan edib. Hətta bir neçə gün əvvəl ABŞ-dakı rus diplomatlarının ölkədən qovulması haqda qərar verib.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.