Abşeron Polis İdarəsinin həyətində yanğın: İki avtomobil kül oldu

Abşeron Polis İdarəsinin həyətində yanğın: İki avtomobil kül oldu

Abşeron rayon Polis İdarəsinin həyətində yanğın olub.

İdarənin həyətində dayanmış, "BMW” markalı Yol Patrul Xidməti avtomobili və polis əməkdaşlarından birinə məxsus "Mercedes” markalı maşın yanıb.

Həyata keçirilən tədbirlər nəticəsində yanğının polis idarəsinin inzibati binasına keçməsinin qarşısı alınıb.

***

saat 04.55

Ağsu və Abşeron rayonlarında yanğın hadisəsi qeydə alınıb.

Vizual.Az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Ağsu rayonunda yanğın vətəndaşa məxsus ümumi sahəsi 130 m olan kürsülü, birmərtəbəli 4 otaqlı mansard tipli yaşayış evində baş verib. Nəticədə evin 1 otağının və dəhlizinin yanar konstruksiyaları və ev əşyaları 44 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Abşeron rayonunda "BMW” markalı minik avtomobilinin mühərrik hissəsi, salonu və "Mercedes” markalı minik avtomobilinin baqajı və salonu yanıb. Avtomobillərin qalan hissəsi yanğından mühafizə olunub.