Akif Çovdarova pensiya qadağası

Akif Çovdarova pensiya qadağası

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun pensiyası dayandırılıb.

Vizual.Az xəbər verir ki, bunu musavat.com-a açıqlamasında A.Çovdarovun vəkili Kamandar Nəsibov deyib.

Onun sözlərinə görə, Akif Çovdarova yaşa görə təqaüdün verilməsi ilə bağlı bütün sənədlər hazır olub. Vəkil iddia edir ki, həbsdəki generalın pensiyasının verilməsinə süni problemlər yaradılıb:

"Akif Çovdarovun nümayəndəsi Dövlət Sosial Müdafiə Fonduna bütün sənədləri təqdim etmişdi. Sənədlər qaydasında idi və pensiya kartının alınması vaxtı da açıqlanmışdı. Dövlət Təhülkəsizlik Xidmətindən də lazımı sənədlər fonda göndərilmişdi. Lakin son anda fonddan bildirilib ki, DTX sənədləri geri tələb edib. Buna görə də pensiyanın verilməsi dayandırıldı”.

Vəkil bununla bağlı DTX-ya da müraciət etdiklərini deyib: "DTX-nın müvafiq idarəsindən bildirildi ki, bu barədə göstəriş olduğu üçün sənədləri geri alıblar. Başqa bir izah verilmədi”.

Xatırladaq ki, Akif Çovdarov oktyabrın 25-i, saat 09:00-dan aclıq aksiyasına başlayıb. Buna səbəb kimi səhhətində yaranan problemlərin müalicəsinə süni problemlər yaradıldığını göstərən Çovdarov etirazını bu şəkildə bildirir.

Onu da qeyd edək ki, vəkil Akif Çovdarov onunla yanaşı, onun ailə üzvlərinin əmlakına da həbs qoyulduğunu deyir.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.