AKP-çi deputatın ayağını dişlədilər – FOTO

AKP-çi deputatın ayağını dişlədilər – FOTO

Dünən Türkiyə parlamentində baş verən əlbəyaxa davada CHP-çi deputatlar AKP-dən olan millət vəkili Məhəmməd Baltanın ayağını dişləyiblər.

Bu barədə AKP qrupunun rəhbəri Mustafa Elitaş məlumat verib. Onun sözlərinə görə, digər millət vəkili Fatih Şahinin isə burnu qırılıb:

"CHP-çi deputatlar kürsünü tutdular. Millət vəkili Fatih Şahinin burnu qırılıb, hazırda əməliyyat olunur. Məhəmməd Baltanın isə ayağını dişləyiblər. Biz parlamentdə yalnız millət vəkillərinin olduğunu təxmin edirdik. Ancaq millət vəkillərindən başqa burada məxluqatlar var”.