ANS-in 5 əməkdaşı AZTV-də işə başladı - SİYAHI

ANS-in 5 əməkdaşı AZTV-də işə başladı - SİYAHI

Lisenziyası ləğv edilmiş ANS televiziyasının 5 aparıcısı Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində (AZTV) işə başlayıblar.

Bunlar ANS-in keçmiş aparıcıları Rəşad Abbasov, Əfsanə Mehdiyeva, Samir Cabbarov, Natavan Babayeva, Röya Bənənyarlıdır.

Bundan başqa, ANS-in keçmiş iki operatorunun da AZTV-də işə götürüləcəyi bildirilir.

AZTV-nin mətbuat xidməti yeni təyinatlarla bağlı açıqlama verməkdən imtina edib.(Report.az)