ANS-in çardağı dağıdıldı - Polislə qarşıdurma/Foto

ANS-in çardağı dağıdıldı - Polislə qarşıdurma/Foto

Fəaliyyətinə xitam verilmiş ANS televiziyasının həyətində dəmir konstruksiyalı tikili dağıdılıb.

BakiPost.az xəbər verir ki, maşınların park edilməsi üçün nəzərdə tutulan həmin tikili bu gün səhər saatlarında buldozerlərlə aşırılıb.

Məlumata görə, televiziyanın səsyazma studiyasının və ANSpress nərşlər evinin qarşısında düzəldilmiş çardağın aşırılması prosesinə polislər də cəlb olunub.

Studiyanın mühafizəçiləri isə prosesə mane olmaq istəyəndə, polislə qarşıdurma yaranıb.

Hadisə yerindən olan fotoları təqdim edirik:

 
 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.