Arda Turan yenidən millidə

Arda Turan yenidən millidə

Türkiyə millisinin DÇ-2018-in seçmə mərhələsində Kosova ilə oyun üçün genişləndirilmiş heyəti açıqlayıb.

Komandanın baş məşqçisi Fatih Terim bu dəfə yığmaya Arda Turan, Burak Yılmaz, Gökhan Gönül, Səlcuk İnanı çağırıb

Qapıçılar: Haruk Tekin ("Bursaspor"), Onur Kıvrak ("Trabzonspor"), Volkan Babacan ("Başakşehir")

Müdafiəçilər: Kaan Ayhan ("Fortuna" Düsseldorf"), Gökhan Gönül ("Beşiktaş"), Şener Özbayraklı ("Fənərbaxça"), Ahmet Yılmaz Çalık ("Gənclərbirliyi"), Çağlar Söyüncü ("Frayburq"), Ömər Toprak ("Bayer" Leverkuzen), Yalçın Ayhan ("Başakşehir"), Hasan Ali Kaldırım, İsmayıl Köybaşı (hər ikisi "Fənərbaxça")

Yarımmüdafiəçilər: Bilal Başacıkoğlu ("Feyenoord"), Cengiz Ünder ("Başakşehir"), Emre Çolak ("Deportivo"), Hakan Çalhanoğlu ("Bayer"), Mehmet Topal ("Fənərbaxça"), Oğuzhan Özyakup ("Beşiktaş"), Okay Yokuşlu ("Trabzonspor"), Səlcuk İnan ("Qalatasaray"), Tolga Ciğerci ("Qalatasaray"), Arda Turan ("Barselona"), Volkan Şen ("Fənərbaxça")

Hücumçular: Burak Yılmaz ("Pekin Quoan”), Cenk Tosun ("Beşiktaş"), Enes Ünal ("Tvente"), Mehmet Batdal ("Başakşehir"), Yunus Mallı ("Maynts")

Qeyd edək ki, Arda Turan, Burak Yılmaz, Gökhan Gönül, Səlcuk İnan indiyə kimi DÇ-2018-in seçmə mərhələsinin oyunlarına çağırılmamışdı.(Qol.az)