Azərbaycanda azyaşlı qızın fəryadı - VİDEO

Azərbaycanda azyaşlı qızın fəryadı - VİDEO

Sosial şəbəkələrdə ürək parçalayan video yayılıb.

Vizual.Az xəbər verir ki, videoda məhkəmə qətnaməsinin icrası adı altında 10 yaşlı uşağın zorla alınaraq atasına verilməsi öz əksini tapır.

Videonu yayanlar qeyd edir ki, hadisə Qubada baş verib. Hüquqşünaslar bunu qanunazidd adlandırırlar.

Məlumatına görə, azyaşlı Nuray ona bu günə kimi atalıq etməyən bioloji atasından imtina edir və onu böyüdüb boya-başa çatdıran xalasının yanında qalmaq istəyir. Buna baxmayaraq qız zorla alınaraq atasına verilir.

Həmin videonu təqdim edirik:



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.