“Azəriqaz” niyə insanları dondurur?

“Azəriqaz” niyə insanları dondurur?

Dünəndən etibarən Bakı şəhəri üzrə təbii qazın verilməsində problemlər yaranıb.

AzNews.az xəbər verir ki, bəzi ərazilərdə təbii qazın verilişində məhdudiyyətlər yaranıb. Rayonların əksəriyyətində isə qaz həddən çox azaldılıb.

"Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbəlayev AzNews.az-a açıqlamasında bildirib ki, hazırda ölkə üzrə əhaliyə verilən təbii qazın tələbata uyğun olaraq verilməsi istiqamətində işlər gedir: "Havaların dəyişməsi ilə əlaqədar təbii qazın azalmasına görə bizə müraciətlər daxil olur. Çatışmazlıqlar yaşanan ərazilərdə problemlər aradan qaldırılır. Hansı ərazilərdən ki, müraciət daxil olur, orada təbii qazın verilməsi təmin edilir”.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.