Bakı və Gəncədə ölümlə nəticələnən yol qəzası baş verib

Bakı və Gəncədə ölümlə nəticələnən yol qəzası baş verib
Bakıda və Gəncədə ölümlə nəticələnən yol qəzası baş verib.

 

Vətəninfo.az-ın APA-ya istinadən verdiyi məlumata görə, oktyabrın 13-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsində Bakı şəhər sakini Emin Kazımov idarə etdiyi "Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Məcid Hüseynovu vurub. Xəstəxanaya yerləşdirilmiş M.Hüseynov oktyabrın 16-da orada ölüb.

 Oktyabrın 14-də isə Gəncə şəhərində müəyyən edilməmiş avtomobillə yolu keçən şəhər sakini Vahid Quliyev vurulub. Xəstəxanaya yerləşdirilmiş V.Quliyev oktyabrın 15-də orada ölüb.

 Hər iki faktla bağlı araşdırma aparılır.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.