“Memar Əcəmi”də baş verən qətlin – Şok təfərrüatı

“Memar Əcəmi”də baş verən qətlin – Şok təfərrüatı

Bakıda metronun "Memar Əcəmi” stansiyası qarşısında 21 yaşlı oğlanı öldürən şəxs polisə təslim olub.

Nəsimi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, 1999-cu il təvəllüdlü təvəllüdlü Hüseynov Mirismayıl Mircəlal oğlu könüllü olaraq Polis İdarəsinə gələrək təslim olub.

O, ilkin ifadəsində öldürdüyü şəxsin sosial şəbəkədə 13 yaşlı bacısı ilə danışaraq, görüşə dəvət etdiyi üçün bu hərəkəti etdiyini deyib.

***

14 dekabr saat 17.30

Bakıda metronun qarşısında öldürülən şəxsin kimliyi məlum olub.

Nəsimi rayon Polis İdarəsindən verilən məlumata görə, araşdırmalar zamanı qətlə yetirilən şəxsin 1995-ci il təvəllüdlü Ələkbər Vahid oğlu Muxtarov olması müəyyən edilib.

İlkin məlumata görə, Ə.Muxtarov sosial şəbəkədə qızla tanış olub və onlar metronun "Memar Əcəmi” stansiyasının qarşısına görüş təyin ediblər. Görüş yerinə gələn Ə. Muxtarov orada naməlum şəxs tərəfindən bıçaqlanıb.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.

***

15.50

Bakıda qətl törədilib.

Hadisə bu gün saat 15.00 radələrində paytaxtın Nəsimi rayonunda, metronun "Memar Əcəmi” stansiyasının qarşısında qeydə alınıb. 25-30 yaşlı oğlan naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Öldürülən şəxsin kimliyi hələlik məlum deyil.

Hadisə yerinə Nəsimi rayon Polis İdarəsi və rayon Prokurorluğunun əməkdaşlarından ibarət əməliyyat qrupu çıxıb. Hadisənin baş verdiyi yer müayinə edilməklə müxtəlif ekspertizalar təyin olunub.

Hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.



 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.