“Barlara getməklə heç nə olan deyil…” – Deputat

“Barlara getməklə heç nə olan deyil…” – Deputat

"Həddi-büluğa çatmayan uşaqlar gecə saat 12-yə kimi restoran və barlarda qalırlar. Bu yaşda olan yeniyetmələr axşama qədər barlarda yox, idman zallarında olmalıdırlar”.

Bu sözləri deputat Ağacan Abiyev Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” qanuna əlavənin müzakirəsi zamanı deyib.

Deputat söyləyib ki, yeniyetmələr sağlamlıq imkanlarının gözəl olması üçün idmanla məşğul olmalıdırlar:

"İdman gənclərimizin həyat tərzinə çevrilməlidir. Yoxsa ki, barlara getməklə heç nə olan deyil. Həmin barın yiyəsi də qanuna əsasən başa düşsün ki, 18 yaşına çatmamış yeniyetməni saat 12-də barda saxlamaq olmaz.

Bu məsələyə görə barların yiyəsi, valideynlər cavabdehlik daşımalıdırlar. Bu uşaqlar gününü kitabxanalarda, idman zallarında keçirməlidir. Valideynlər çalışmalıdırlar ki, gənclərimiz bugünkü gənc alimlərimizdən, idmançılarımızdan nümunə götürsünlər. Ona görə də hesab edirəm ki, qanuna dəyişiklik vaxtında edilib”.(Modern.az)