Başına saç əkdirdi, komandadan qovuldu

Başına saç əkdirdi, komandadan qovuldu

Türkiyə ikinci liqa təmsilçisi "Erzurumspor"un futbolçusu Fahra Tatan komandadan qovulub.

Buna onun klub rəhbərliyinə xəbər vermədən başına saç əkdirməsi səbəb olub.

"Zonguldak"la görüşdə zədələnən 33 yaşlı oyunçu müalicəsi üçün İstanbula göndərilib. Onun müalicə vaxtı başına saç əkdirməsi klub rəhbərliyini əsəbiləşdirib. Bundan sonra F.Tatanla müqavilə ləğv edilib.

Qeyd edək ki, F.Tatan 2001-2003-cü illərdə "Fənərbaxça", 2006-2007-ci illərdə isə "Beşiktaş kimi klublarda çıxış edib.(Qol.az)



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.