Böhranın səbəbləri…

Böhranın səbəbləri…

"Novoye Vremya” qəzetində dərc edilən "2016-cı ilin yekunu: ümid və məyusluqlar ili” sərlövhəli məqalədə isə başa çatmaqda olan 2016-cı ilin yekunları dəyərləndirilir.

Ölkədə iqtisadi duruma toxunan müəllifə görə, 2016-cı il ağır olub:

"Nikbin bəyanatlara baxmayaraq, ümumi daxili məhsul (ÜDM) azalır, iş yerləri bağlanır. Bu il də ölkənin neft və qazdan asılılığı davam edib”.

Müəllif yazır ki, başa çatmaqda olan il manata da yaxşı olmayıb. Hərçənd manat, ötən il olduğu kimi, iki dəfə devalvasiyaya uğramayıb, Ancaq manat dəyər itirməkdə davam edib.

Yazıda qeyd edilir ki, 2016-ci ildə qiymət artımı özünü daha çox göstərməyə başlayıb.

Müəllif düşünür ki, bütün bu böhranın səbəbi ölkəyə gələn böyük neft pullarından səmərəli istifadə edilməməsi, sahibkarlığın inkişafında fürsətin əldən verilməsidir. Yazıda məmur özbaşınalığı, məmur-oliqarxların yaratdıqları inhisarçılıq və korrupsiya da böhranı doğuran başlıca amillər kimi dəyərləndirilir:

"Odur ki, ölkənin indiki iqtisadi həyatında yaşanan mövcud problemlər yürüdülən siyasətin nəticəsidir. Bütünlükdə isə ilin iqtisadi yekunları, sosial sahədə olduğu kimi, sevindirici deyil və belə bir ağır yüklə yeni ilə daxil oluruq”.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.