Böhranla dirəşən Azərbaycan adəti

Böhranla dirəşən Azərbaycan adəti

BMT-nin aidiyyatı qurumlarının hesabatlarına görə, toy xərclərinin səviyyəsi üzrə keçmiş kommunist və Yaxın Şərq ölkələri liderdir.Amma Azərbaycan da bu sahədə liderdir və maaşların 10%-i buna xərclənir.

Vizual.Az xəbər verir ki, bu barədə ekspert Nəriman Ağayev "Exo” qəzetinə açıqlamasında deyib.

Onun sözlərinə görə, ölkədə böhran olmasına baxmayaraq, bu sahədə axsama yoxdur:

"Bu Azrəbacanda təmtəraqlı toy etmək adətilə bağlıdır. Sovet dönəmində bu o qədər də təmtəraqlı olmurdu. Amma sonra situasiya dəyişdi. Toy etmək artıq ailə qurma mərhələsindən özünü cəmiyyətə göstərmək mərhələsinə daxil oldu. Bu artıq özünü cəmiyyətə yaxşı göstərmək cəhdidir”.

N.Ağayev deyir ki, indi artıq toylar deyil, xınayaxdı mərasimləri də təmtəraqla keçirilir. Onun firkincə, indi toya getmək bütün xidmətlrələ bir yerdə 100 manatdan ucuz başa gəlmir.

Ekspert hesab edir ki, Azərbaycanda orta hesabla bir toy 15 min manata başa gəlir. Bunun üçün illərlə vəsait toplanması başlanır.

Psixoloq Lamiyə Əhmədova isə düşünür ki, təmtəraqlı toy keçirmək qərarı qonaqların yanında özünütəsdiq diktəsindən irəli gəlir:

"Elə hallar var ki, kimsə öz qohumunun, qonşusunun etdiyi toydan da təmtəraqlı etməklə özünü cəmiyyətə göstərir. Daha çox adam çağırmaqla cəmiyyətə özünün lazımlılığını sübut etməyə çalışır”.

İqtisadi böhranla bağlı indi insanlar toya tez-tez getmir. Gedilməsi mümkün olmayan toylara, yaxın qohum-əqrəba toylarına gedirlər.

Müəllifə görə, bu insanları başa düşmək olar, ayda 2-3 toya dəvət edilməkkifayət qədər ciddi maliyyə vəsaiti deməkdir. İndiki böhran zamanı isə bu vəsaiti əldə etmək çətindir.