BMT-nin maşını Bakıda qəzaya düşdü

BMT-nin maşını Bakıda qəzaya düşdü

Bakıda Birləşmiş Millət Təşkilatının avtomobili qəzaya düşüb.

Vətəninfo.az-ın "Qafqazinfo”ya istinadla verdiyi xəbərə görə, hadisə Yasamal rayonunda, Moskva prospektində baş verib.

BMT-nin Azərbaycan nümayəndəliyinə məxsus "Mitsubishi –Pajero" markalı D 01311 nömrəli avtomobillə Bakı sakini Əkbər Bədəlovun idarə etdiyi, Bakı Taksi MMC-yə məxsus 90 AT 754 nömrəli "London taksisi" toqquşub.

Qəza nəticəsində avtomobillər zədələnsə də, ağır xəsarət alan olmayıb.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.