Cavan Zeynallı “Retro Bakı” layihəsində çıxış edəcək

Cavan Zeynallı “Retro Bakı” layihəsində çıxış edəcək

Bakı. 22 iyul. / Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən “Retro Bakı” layihəsinin növbəti konsertləri iyulun 23-24-də Fəvvarələr Meydanında olacaq. 

Bu barədə "Report"a idarədən məlumat verilib.

Bu həftə konsertdə tanınmış cazmen, əməkdar incəsənət xadimi Cavan Zeynallı, həmçinin, müğənnilər Nəzakət Məmmədova, Tural Mehri, Nigar Süleymanova, Mehman Tağıyev, “Odlar Yurdu” qrupu çıxış edəcək. 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.