Dəmirdaş həbs edildi - Təcili

Dəmirdaş həbs edildi - Təcili

09:16

HDP həmsədri Səlahəddin Dəmirdaş həbs edilib.

Vizual.Az xəbər verir ki, Diyarbəkir prokurorluğunda açılan istintaq işi çərçivəsində partiya lideri Diyarbəkirdəki evində saxlanılıb.

Onunla bərabər aralarında Türkiyə Böyük Millət Məclisinin vitse-spikeri Pərvin Buldanın da olduğu 11 HDP deputatı həbs edilib.

Figen Yüksəkdağ, Ziya Pir, Fərhad Encü, Leyla Birlik, Səlma İrmaq, Abdullah Zeydan, İdris Baluken, Nursel Aydoğan, Gülsər Yıldırım və partiya həmsədrinin müavini Sırrı Sürəyya Öndər Ankara, Diyarbəkir, Mardin və digər şəhərlərdə keçirilən əməliyyat zamanı saxlanılıb.

Kürd deputatlar DHP və PKK terror təşkilatını dəstəkləməkdə ittiham edilir.

Xatırladaq ki, Dəmirdaş Ankara prokurorluğunda açılan cinayət işi ilə əlaqədar ifadə verməyəcəyini açıqlamışdı.

 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.