Dünyadakı münaqişələr artacaq - İDDİA

Dünyadakı münaqişələr artacaq - İDDİA

Bəşəriyyəti qaranlıq və çətin gələcək gözləyir

Yaxın 5 ildə dövlətlər arasında və ayrı-ayrı ölkələr daxilində "soyuq müharibə” başa çatdıqdan sonra "görünməmiş səviyyədə” münaqişələrin yaranması riski var.

Bu, ABŞ-ın Milli Kəşfiyyatının ekspertlərinin təqdim etdikləri "Qlobal tendensiyalar: Paradoks tərəqqi" məruzəsində öz əksini tapıb.

Araşdırma müəllifləri əmindirlər ki, dünya düzəninin başlıca düşməni "antiqloballaşma” və "millətçilik” olacaq. Onların fikrincə, bəşəriyyət "qaranlıq və çətin gələcək" gözləyir.

Ekspertlər əsas problemlər arasında regional münaqişlələri, terrorçuluğu, Yer kürəsi əhalisinin gəlir səviyyəsinin artan fərqini, iqlim dəyişikliklərini sadalayırlar.

Analitiklərin fikrincə, terrorçuluq açıq-aşkar yeni strukturlar və formalar şəklində ortaya çıxır.

Bu səbəbdən yaxın 10 ildə əsas təhlükə "yeni ideyalar və texnologiyalarla silahlanacaq” kiçik qruplardan və təkbaşına fəaliyyət göstərəcək fanatlardan gözlənilir.

 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.