Elçin Zahiroğlu yeni sayt açır

Elçin Zahiroğlu yeni sayt açır

Dörd il Aznews.az saytına rəhbərlik etmiş tanınmış jurnalist Elçın Zahiroğlunun yeni saytı yaxın günlərdə fəaliyyətə başlayacaq.

Məlumatı Modern.az-a açıqlamasında Elçin Zahiroğlu təsdiqləyib. Saytın adına gəlincə, baş redaktor deyib ki, çox yaxın zamanlarda hər kəs bunu biləcək.

"Ona görə də bəribaşdan məlumat vermək istəməzdim. Sadəcə onu deyə bilərəm ki, yalnız adımız böyük rezonans doğuracaq”.

Saytın maliyyə mənbəyinə gəlincə, o deyib ki, bununla bağlı da geniş açıqlama vermək istəmir.

Elçin Zahiroğlu bununla belə etiraf edib ki, hər bir sayt hansısa mənbədən maliyyələşir.

Qeyd edək ki, Elçin Zahiroğlu bir müddət əvvəl Aznews.az saytının baş redaktorluğundan istefa vermişdi. Aznews.az 2012-ci il avqustun 1-dən onlayn xəbər saytı kimi fəaliyyətə başlayıb.

Elçin Zahiroğlu həmin ilin dekabrından 2016-cı ilin sentyabrın 7-nə qədər bu saytın baş redaktoru olub.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.