Əlillərə nəqliyyat və dərman pulsuz olmalıdır? – SORĞU

Əlillərə nəqliyyat və dərman pulsuz olmalıdır? – SORĞU

"Qarabağ əlillərinə dərman pulsuz olmalı, nəqliyyatdan istifadə haqqı ödənilməməlidir. Bu, populizmdir. Yəni, bazar iqtisadiyyatında avtomobil şəxsi bir şeydir, necə ola bilər, avtobusla mənzilinə gedəsən, pul verməyəsən?! Görün necə də ziddiyyətlidir. Aptek də özəldir, oradan pulsuz dərmanı necə almaq olar? Bəziləri bu imtiyazdan istifadə edib qohumlarına dərman alırdı".

Bu sözləri deputat Hadı Rəcəbli bir neçə gün öncə Report.az-a müsahibəsi zaman deyib.

Deputatın bu fikri birmənalı qarşılanmayıb, o, sosial şəbəkələrdə tənqid hədəfinə çevrilib.

Bəs Bakı əhalisi bu haqda nə düşünür? Meydan TV bununla bağlı əhali arasında sorğu keçirib.