Ərdoğandan İstanbul teraktına – Reaksiya

Ərdoğandan İstanbul teraktına – Reaksiya

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda baş verən terror hücumuna münasibət bildirib.

Türkiyə prezidentinin rəsmi saytında yayılan açıqlamada prezident terrorçuların ölkədə xaos yaratmaq niyyətində olduğunu deyib:

"Dəyərli vətəndaşlarım, 2016-cı il təəssüf ki, xeyli terror hücumlarının reallaşması ilə yadda qaldı.

İstanbulun Sultan Əhməd meydanında başlayan silahlı hücumlar Ankara, Qaziantep, Bursa, Diyarbəkir və Mardində davam etdi.

Sərhədlərimizdə İŞİD və PKK-PYD terror təşkilatlarının hücumlarında xeyli hərbçimiz həlak oldu.

İçindən keçdiyimiz mərhələni doğru adlandırmalıyıq. Türkiyə son illərdə yeni bir istiqlal mübarizəsi aparır.

İstanbul hücumunu şiddətlə qınayıram. Ölkəmizi xaosa sürükləməyə cəhd edirlər. Ölkəmizə istiqamətli bütün təhdidləri kökündən məhv edəcəyik. Bu cür çirkli oyunlara əsla izn verməyəcəyik.

Hücumlarda həyatını itirən vətəndaşlara Allahdan rəhmət, yaralılara şəfalar diləyirəm”.

Xatırladaq ki, İstanbulun Beşiktaş rayonunda yerləşən "Reina” gecə klubuna silahlı hücum olub. Hadisə nəticəsində 39 nəfər həlak olub, 69 nəfər isə yaralanıb.