Ermənilərin pilotsuz aparatı vuruldu

Ermənilərin pilotsuz aparatı vuruldu

Ermənistan Silahlı Qüvvələrinə məxsus PUA məhv edilib.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, noyabrın 14-ü axşam saatlarında cəbhənin Tərtər rayonu istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq atəşlə məhv olunub



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.