Ermənistanın daha bir PUA-sı vuruldu – FOTO

Ermənistanın daha bir PUA-sı vuruldu – FOTO

Bu gün axşam saatlarında Ermənistan Silahlı Qüvvələrinə məxsus növbəti pilotsuz uçuş aparatı (PUA) vurulub.

Vizual.Az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, cəbhənin Talış kəndi istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən pilotsuz uçuş aparatı bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq atəşlə məhv edilib.

Qeyd edək ki, bu gün Füzuli rayonu istiqamətində Ermənistan Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı məhv edilib.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.