Hakan Şükür ABŞ-da yeni işinə başladı

Hakan Şükür ABŞ-da yeni işinə başladı

Türkiyədə barəsində axtarış elan edilən keçmiş futbolçu Hakan Şükür ABŞ-da müəllimlik edir.

FETÖ-yə yaxınlığı ilə bilinən Şimali Amerika Universitetində fəaliyyətə başlayan Şükür burada futbol üzrə dərslər keçir.

Qeyd edək ki, H.Şükürün daha öncə Kaliforniyada olduğu barədə xəbərlər yayılmışdı. Ancaq sözügedən universitet Texas ştatının Hyuston şəhərində yerləşir.