Hindistanda qatar qəzası: 32 ölü

Hindistanda qatar qəzası: 32 ölü

Hindistanda qatarın relsdən çıxması nəticəsində ölənlərin sayı 32 nəfərə çatıb, təqribən 50 nəfər yaralanıb.

Bu barədə yerli hakimiyyət orqanlarına istinadən ANI agentliyi məlumat yayıb.

Bundan əvvəl ölənlərin 23 nəfər olduğu bildirilirdi.

İnsident Orissa və Andxra-Pradeş ştatlarının sərhədində baş verib. Qəza nəticəsində sürətli qatarın 7 vaqonu və lokomotivi relsdən çıxıb. Qatarda ümumilikdə 22 vaqon olub. Qatar Caqdalpur şəhərindən Orissanın paytaxtı Bxubaneşvara gedirmiş.

İnsidentin səbəbləri hələ məlum deyil.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.