İlhamə Quliyevanın vəziyyəti ağır olaraq qalır

İlhamə Quliyevanın vəziyyəti ağır olaraq qalır
Bu günlərdə səhhətinin ağırlaşması ilə bağlı xəstəxanaya yerləşdirilən müğənni İlhamə Quliyevanın vəziyyəti dəyişməz olaraq qalır.

Vizual.az xəbər verir ki, İlhamə Quliyeva açıqlamasında bildirib ki, müalicə aldığı Mərkəzi Neftçilər Xəstəxanasında daim həkim nəzarətindədir, özünü hələ də yaxşı hiss etmir.

Qeyd edək ki, bundan öncə də açıqlama verən müğənni ayaqlarında fəsadlı çiban yaraları çıxdığından tezliklə xəstəxanada yatacağını demişdi.

Lakin sonradan təcili xəstəxanaya yerləşdirilən müğənni şəkər xəstəliyi bağlı yaşadığı kritik durumla əlaqədar vəziyyətinin ağırlaşdığını bildirmişdi./Musavat.com


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.