İnsanları heyrətləndirəcək 4 riyazi fənd - VİDEO

İnsanları heyrətləndirəcək 4 riyazi fənd - VİDEO

Bəzi insanlrın riyaziyyatla arası olmasa da, bir azdan görəcəyiniz əməliyyatlarla həm dostlarınızı təəccübləndirə, həm də çox çətin görünən riyazi əməliyyatların asan həllini kəşf edə bilərsiniz.

Bu tip əməliyyatlar haqda Yutub sosial şəbəkəsindəki bir süjetdə bilgi verilir.

Yaşını bilmədiyiniz dost-tanışların yaşını bir neçə riyazi əməllə təxmin edərək onları heyrətləndirə bilərsiniz. Əməlləri sıra ardıcıllığı və düzgün icra etdikdə cavab həmişə doğru çıxacaq.

Deyək ki, 21 yaşında biri var və biz bunu bilmirik. Ona ürəyindəcə bu əməlləri yerinə yetirməsini deyin: öncə yaşını 5-ə vursun. Nəticənin üstünə 8 gəlib 2-yə vursun. Sonra alınan rəqəmdən 6 çıxıb 10-a vursun. Ürəyində apardığı bu əməllərin nəticəsini sizə söyləsin. Söylənilən rəqəmdən 100 çıxın və cavabı 100-ə bölün. Alınan rəqəm dostunuzun yaşı olacaq.

Daha bir neçə riyazi fəndin yer aldığı videonu təqdim edirik:(Axar.az)



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.