İnvestisiya qoyuluşunda azalma var

İnvestisiya qoyuluşunda azalma var

Ölkənin iqtisadi və sosial sahələrinə qoyulan vəsaitdə azalma var.

Bu barədəDövlət Statistika Komitəsinin (DSK) məlumatında bildirilir.

DSK vurğulayır ki, 2017-ci ilin yanvar-iyul aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafına bütün maliyyə mənbələrindən əsas kapitala 8 milyard 728.8 milyon manat vəsait yönəldilib.

Bu, ötən ilin yanvar-iyul ayları ilə müqayisədə 0.3 faiz azdır.

Vəsaitin 5 milyard 395 milyon manatı neft sektoruna, 3 milyard 333.8 milyon manatı isə qeyri-neft sektoruna yönəldilib.

Ümumi sərmayənin 72.5 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib.

«İstifadə olunmuş vəsaitin 79.2 faizi məhsul istehsalı obyektlərinin, 15.6 faizi xidmət sahələri üzrə obyektlərin, 5.2 faizi isə ümumi sahəsi 973.7 min kvadratmetr olan yaşayış evlərinin tikintisinin payına düşür. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 39.5 faizini təşkil edib», - məlumatda qeyd edilir.

Məlumatda bildirilir ki, sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 71.6 faizdir. Bank kreditləri 10.6 faiz, büdcə vəsaitləri 11.5 faiz, əhalinin şəxsi vəsaitləri 4.4 faiz, büdcədənkənar fondların vəsaitləri 1.4 faiz, sair vəsaitlər isə 0.5 faiz təşkil edib.

 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.