İraq Hava Yollarının Bakıdakı əməkdaşı qətlə yetirildi - YENİLƏNİB

İraq Hava Yollarının Bakıdakı əməkdaşı qətlə yetirildi - YENİLƏNİB

Bakı şəhərindəki "Demirchi Tower” biznes mərkəzində öldürülən şəxsin kimliyi açıqlanıb.

Silahlı insident nəticəsində 1993-cü il təvəllüdlü Bakı şəhər sakini Ağalı Əli Valid oğlu qətlə yetirilib. O, "Vinçester” tüfəngindən açılan atəşlə öldürülüb.

Qətli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Bəşirov Elşən Rəfayət oğlu saxlanılıb.

***

Saat 14:11

Bakı şəhərindəki "Demirchi Tower” biznes mərkəzində silahlı insident baş verib.

Hadisə binanın 3-cü mərtəbəsində yerləşən "İraq Hava Yolları" aviaşirkətinin ofisində baş verib. Bir nəfərin qətlə yetirildiyi bildirilir.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları ərazidədir.(APA)