İstanbuldan Bakıya 4 təyyarə reysi təxirə salındı

İstanbuldan Bakıya 4 təyyarə reysi təxirə salındı

Bu gün İstanbuldan Bakıya gözlənilən 4 reys təxirə salınıb.

AZAl-dan verilən məlumata görə, buna səbəb əlverişsiz hava şəraitidir.

Qeyd edək ki, qar səbəbindən Türk Hava Yolları (THY) 500 reysi ləğv etdiyini açıqlayıb.

İstanbulda axşam saatlarından başlayan güclü qar nəqliyyatın hərəkətində də çətinliklər yaradıb. Şəhərin bəzi bölgələrində qarın qalınlığı 40 sm-ə çatıb.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.