Keyfiyyətsiz ballar yarmarkaya buraxılmadı - Bakıda

Keyfiyyətsiz ballar yarmarkaya buraxılmadı - Bakıda

Bakıda "Amay” ticarət mərkəzində açılan arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkasında 254 nəfər arıçı iştirak edir.

Kənd Təsərrüfatı Nazirliyindən bildiriblər ki, zona və respublika baytarlıq laboratoriyaları bu il yarmarkaya buraxılan balın yoxlanmasını daha da sərtləşdirib və nəticədə gətirilən balın 20 faizədək hissəsi keyfiyyət göstəriciləri normaya uyğun olmadığından yarmarkaya buraxılmayıb.

Bakı şəhəri də daxil olmaqla, 8 iqtisadi rayonun və hər bir rayon üzrə iştirakçıların yarmarkada yerləşməsini müəyyənləşdirmək üçün oktyabrın 14-də püşkatma keçirilib.

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri arıçıları yarmarkanın keçirildiyi ərazi ilə tanış edərək, onlara qaydalar barədə məlumat veriblər. Bildirilib ki, heç bir iştirakçı yarmarkaya kənardan bal gətirə bilməyəcək. Sıxlıq yaratmamaq üçün yarmarka müddətində satış stollarında yalnız bir nəfər - qeydiyyatdan keçmiş şəxs oturacaq.

Qeyd edək ki, sərgi-satış yarmarkası bir ay davam edəcək.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.