Kredit intiharları…

Kredit intiharları…

Ölkə mediası hər gün bir neçə intihar olayından bəhs edir. Ancaq xəbərlərdə ya intiharların səbəbləri göstərilmir, ya da ondan çox səthi danışılır.

Vizual.Az xəbər verir ki, bu sırada yalnız fotoqraf Natiq Müslümovun intihara əl atmasının səbəbi aydındır. Fotoqraf kreditə götürdüyü fotoaparatın pulunu ödəyə bilmədiyindən canına qıymalı olub.

Problem bundan ibarətdir ki, belə intiharlar son zamanlar dəfələrlə artıb. Daha doğrusu, "kredit intiharları” ölkədə intiharların əsas səbəbinə dönüb. Hakimiyyətin və bankların ödənilməmiş kreditlər problemini həll etmək istəməmələri durumu daha da mürəkkəbləşdirir. Problemli kreditlərin həcmi artır, buna uyğun da ödəniş edə bilməməsi üzündən canına qəsd edən vətəndaşlarınsayı artır.

Azərbaycan hakimiyyəti durumun ciddiliyini kifayət qədər dərk etmir, buna görə də bu sahədə hər hansı profilaktik iş aparılmır.

İntiharla bağlı profilaktik iş aparmaq olar, bunu Avropa ölkələrinin təcrübəsi də göstərir. Unutmaq olmaz ki, iqtisadi böhran vətəndaşların ovqatına kifayət qədər ciddi təsir edib, iş yerlərinin itirilməsi, kəskin bahalaşma sabaha inamın itməsinə səbəb olub.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.