Kredit ittifaqları bağlanmaqda davam edəcək

Kredit ittifaqları bağlanmaqda davam edəcək

Azərbaycanda kredit ittifaqları bundan sonra da bağlanmaqda davam edəcək. Bu meyl digər qeyri-kredit qurumlarını da əhatə edəcək.

Vizual.Az xəbər verir ki, bunu "Exo” qəzetinə ekspert Əkrəm Həsənov deyib.

Ekspertin fikrincə, belə addımlara səbəb isə bu qurumların qanunvericiliyin tələblərini pozması və qarşılarına qoyulan tələbləri yerinə yetirməmələridir. Ə.Həsənov deyib ki, bütün bu prosesdə pullarını bu qurumlara etibar edən vətəndaşların əziyyət çəkəcəyi təəssüf doğurur.

Ekspert vurğulayıb ki, qanunvericilik bu kredit ittifaqları qarşısına minimal tələblər qoysa da, onlar belə yerinə yetirilməyib. Ə.Həsənovun deməsinə görə, yalnız öz üzvlərinə kredit verməli olan bu ittifaqlar bu formatı aşıblar:

«Artıq elə mühit yaranmışdı ki, bütün arzu edənlər kredit ittifaqı yarada bilirdilər və son 20 ildə kredit ittifaqları daim qanunvericiliyin pozulduğu yer olublar. Odur ki, 12 belə qurum lisenziyadan məhrum edilib və bu proses davam edəcək».

Ə.Həsənov xatırladıb ki, 2016-cı ilin sentyabrında ölkədə 109 kredit ittifaqı fəaliyyət göstərib. Elə həmin ildə 11 maliyyə institutunun fəaliyyətinə son verilib. 2016-cı ilin sonunda Azərbaycan bank sisteminin ümumilikdə aktivlərinin həcmi 32 milyard manata yaxın olub.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.