Ölkədə valyuta qıtlığı artır, “Qara bazar” güclənir

Ölkədə valyuta qıtlığı artır, “Qara bazar” güclənir

Bu gün əsas problem ondan ibarətdir ki, bir çox banklar, sadəcə, valyuta satmırlar.

Vizual.Az xəbər verir ki, bunu "Exo” qəzetinə açıqlamasında ekspert Əkrəm Həsənov deyib.

Ekspert qeyd edib ki, bir çox inkişaf etmiş ölkələrdə valyutadəyişmə məntəqələri yoxdur. Üstəlik, bank filialları da valyuta dəyişməklə məşğul olmurlar. İnsanlar nağd haqq-hesaba üstünlük vermirlər.


Ə.Həsənov deyib ki, Azərbaycanda isə valyutadəyişmə məntəqələri bağlandıqdan və bank filialları valyuta satmaqdan imtina etdikdən sonra onların yerini «qara bazar»lar tutub.

Ekspertin fikrincə, əslində bu ilin əvvəlində valyutadəyişmə məntəqələrinin bağlanması düzgün addım idi. Ə.Həsənova görə, həmin qurumlar daim fəaliyyət göstərdikləri sahədə qaydalara əməl etməyiblər. Onların fəaliyyəti indiki «qara bazar»lardan heç də köklü fərqlənməyib.

Ə.Həsənovun deməsinə görə, problem aşağılardakı xırda fırıldaqçılarda yox, bütünlükdəki sistemdədir. O, hesab edir ki, ölkədə valyuta qıtlığı qaldıqca, oxşar problemlər yaşanmaqda davam edəcək.