"Ölkənin valyuta ehtiyatları çox sürətlə "əriyəcək""

"Kənd təsərrüfatı və emal məhsullarının ixracı ilə bağlı bəzi rəqəmləri səsləndirmək istəyirəm: pambıq 154 faiz, pambıq lifi ixracı 650 faiz artıb".


Vizual.az xəbər verir ki, bu sözləri kənd təsərrüfatı eksperti Vahid Məhərrəmli Azadliq.info saytına açıqlamasında deyib.


Ekspert hesab edir ki, pambıqçılığın «inkişafı» valyuta gəlirlərini yox, xərclərini artırıb.


«Kənd təsərrüfatı və emal məhsullarının ixracı ilə bağlı bəzi rəqəmləri səsləndirmək istəyirəm: pambıq 154 faiz, pambıq lifi ixracı 650 faiz artıb».


Ekspert sadalanan rəqəmlərlə öyünməyi lazım bilmir. O vurğulayır ki, son iki ildə heyvandarlıqla məşğul olan fermerlərin təbii biçənək, örüş, yonca sahələrini əllərindən alıb pambıq əkinindən ötrü bələdiyyələrə, yerli icra nümayəndələrinə veriblər. Nəticədə yem və ot qıtlığı ilə üzləşən təsərrüfat sahibləri məcburiyyət qarşısında qalıb heyvanlarını kəsimə verməli oldular.


Ekspertin bildirməsinə görə, bu müddət ərzində ölkədə ət, süd məhsulları istehsalı kəskin azaldığından həmin adda malların idxalı ciddi şəkildə artıb:


«Ölkə başçısının dilə gətirdiyi 154 və 650 faiz artım nəticəsində ölkəyə pambıq ixracından cəmi 32.4 milyon dollar valyuta gəlib. Ət və süd məhsulları idxalı üçün ölkədən 3 dəfə çox, yəni 107.3 milyon dollar valyuta çıxarılıb. Keçən ilin eyni dövrü ilə müqayisədə isə pambıq ixracından əldə olunan valyuta gəliri 19 milyon dollar artıb. Ət və süd məhsulları idxalında ölkədən çıxarılan valyutanın miqdarı isə 2 dəfə çox (38.8 milyon dollar) olub. Beləliklə, hökumətin apardığı «pambıq siyasəti» ölkənin valyuta gəlirlərini yox, valyuta xərclərini artırdı. Əgər ölkə başçısı dediyi kimi, işləri bu istiqamətdə davam etdirsələr, ölkənin valyuta ehtiyatları çox sürətlə «əriyəcək»».



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.