Ölkəyə xərçəngli tomatları hansı şirkət gətirir?

Ölkəyə xərçəngli tomatları hansı şirkət gətirir?

Dükanlarda satılan "Senyor” və "SSSR” markalı pastaların tərkibində təhlükəli birləşmələrin olması haqda mətbuatda geniş yazılar dərc olunub.

Vizual.Az xəbər verir ki, bir müddət əvvəl mətbuatda bu tomatlaın təhlükəli tərkibdə olmasl geniş müzakirə mövzusuna çevirilsə də, vətəndaşın hüququnu, qida təhlükəsizliyini qorumalı olan qurumlar hərəkətə keçməyiblər.

Azərbaycanda geni dəyişdirilmiş məhsulların (GMO) satışının qarşısının alınması yolunda atılan addımlar yetərli olmadığı zatən bəllidir. Qadağalara baxmayaraq ölkəyə tərkibində insan orqanizmi üçün ziyanlı olan qida məhsulları gətirilir. Azərbaycanın dükan-bazarlarında satılan "Senyor” və "SSSR” markalı tomat pastalarının zərərli əlavələrlə zəngin olması səbəbindən istehsal olunduğu dövlətin ərazisində satışının qadağan olunduğu deyilir. Gələn məlumatlardan belə aydın olur ki, Rusiyada istehsal olunan "Senyor” və "SSSR” markalı tomat pastası məhsularının tərkibində pomidorla yanaşı, insan orqanizmi üçün təhlükəli benzoy və sorbat turşuları, şəkli dəyişdirilmiş kartof nişastası və natrium benzonat var. Bu məhsullar xörək hazırlanan zaman temperaturun yüksəlməsi nəticəsində xərçəng yaradan maddəyə çevirilir. Tomat pastalarının qablaşdırılması üzərində Azərbaycan dilində tərkib haqda məlumatda tomatın hazırlanmasında istifadə olunan kartof nişastası şəkli dəyişdirilmiş kimi qeyd edilir. Belə anlamaq olar ki, bu söz oyunudur və "şəkli dəyişdirilmiş” sözləri "geni modifikasiya edilmiş” sözünün yazılmaması, alıcının diqqətinə çatdırılmaması üçün məlumat lövhəciyində yer alıb. Üstəlik, tomat məhsulların yararlılıq müddəti ən aşağısı 2 il olmalıdır. "SSSR” və "Senyor”un yararlılıq müddəti yarıbayarı azdır. Belə görünür ki, istehsalçı dolayısı ilə özü də məhsulun təmiz pomidordan hazırlanmış tomat pastası olmadığını etiraf edir.

Bu məhsulları Azərbaycana gətirə şirkət haqda isə oxucuların demək olar ki məlumatı yoxdur. Vizual.Az-ın araşdırması nəticəsində "Veysəloğlu” şirkətinin insan orqanizminə zərərli bu tip məhsulları ölkəyə gətirdiyi məlum olub.

Qeyd edək ki, ölkə prezidenti İlham Əliyev iş adamlarına GMO-məhsulların ölkəyə gətirilməməsi ilə bağlı dəfələrlə çağırış edib. Ekoloqlar da qida təhlükəsizliyi baxımından bu məhsulların ölkəyə daxil olmasının qadağan edilməsinin vacibliyini bildirirlər.

Qarşı tərəfi dinləməyə hazırıq.

 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.