Məhbus kəməri ilə özünü asdı – Bakıda

Məhbus kəməri ilə özünü asdı – Bakıda

Bakıda ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkən məhbus şalvarının kəməri ilə özünü asaraq intihar edib.

Hadisə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Nizami rayonu, Böyük Şor qəsəbəsində yerləşən 15 saylı ciddi rejimli Cəzaçəkmə Müəssisəsində baş verib.

Orada cəza çəkən 1984-cü il təvəllüdlü Aslanov Mahir Nazir oğlu müəssisəsin yaşayış sahəsində yerləşən idman kompleksindəki meydançanın tavanından özünü şalvarının kəməri ilə asıb.

Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci ( özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.(Report.az)

 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.