Mehman Hüseynov tapıldı - Məhkəməyə aparılır - YENİLƏNİB

Mehman Hüseynov tapıldı - Məhkəməyə aparılır - YENİLƏNİB

Dünəndən itkin düşən Mehman Hüsyenov tapılıb.

Vizual.Az-ın xəbərinə görə, bu barədə vəkil Elçin Sadıqov məlumat verib.

O bildirib ki, M.Hüseynov Nəsimi RPİ 22-ci Polis Bölməsi əməkdaşları tərəfindən saxlanılıb və hazırda Nəsimi rayon məhkəməsinə aparılır.

***

Blogger Mehman Hüseynovun nədə ittiham olunduğu məlum olub.

Vəkil Elçin Sadıqovun sözlərinə görə, M. Hüseynov hazırda Nəsimi rayon Məhkəməsindədir.

O, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisin qanuni əmrinə tabe olmamaq) maddəsi ilə ittiham olunur.




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.