Mənsimov FHN-ə sualtı qayıq hədiyyə etdi – FOTO

Mənsimov FHN-ə sualtı qayıq hədiyyə etdi – FOTO

Azərbaycanlı iş adamı Mübariz Mənsimovun sahibi olduğu "Palmali” Şirkətlər Qrupu Azərbaycan Fövqəladə Hallar Nazirliyinə (FHN) sualtı qayıq hədiyyə edib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov məlumat verib.

Onun sözlərinə görə, "Palmali” Şirkətlər Qrupuna məxsus "DeepFlight DF-302 Super Falcon” sualtı qayığının FHN-ə bağışlanması barədə nazirliklə şirkət arasında razılıq əldə edilib.

Qurum rəsmisi deyib ki, sualtı qayıq nazirliyə təhvil veriləndən sonra ötən ilin sonlarında Xəzər dənizində baş vermiş qəza nəticəsində itkin düşmüş nefçilərin axtarışına cəlb ediləcək.(Trend.az)



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.