Milyardlar hara gedir?

Milyardlar hara gedir?

 

Ölkədə maliyyə durumu ağırlaşıb. İş o yerə çatıb ki, Azərbaycan xarici tərəfdaşlarından pul verilməsini xahiş edir.

Vizual.Az xəbər verir ki, Azərbaycan İslam İnkişaf Bankına (İİB) sənaye park və zona layihələrinə sərmayə qoyulmasını təklif edir.

İnvestisiya istənilən ölkənin iqtisadiyyatından ötrü əhəmiyyətlidir. Ancaq yazıda hökumətə belə bir sual da verilir: Ölkəyə neft satışından daxil olan 120 milyard dolların taleyi necə oldu?

Regionların inkişafı ilə bağlı həyata keçirilən layihələr səmərəsiz olub. Həmin proqramlara qoyulan milyardlarla vəsait havaya sovrulub.

Rəsmilər son dövrlər Azərbaycanda regionların inkişafına 27 milyard dollar vəsaitin qoyulduğunu iddia edirlər.

Həmin pulların təyinatı üzrə xərcləndiyi ciddi şübhə doğurur. Hər il ölkədən qanunsuz şəkildə 9 milyard dollardan çox vəsait çıxarıldığı bildirir.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.