Minimum aylıq əməkhaqqı 10,5 faiz artırıldı

Minimum aylıq əməkhaqqı 10,5 faiz artırıldı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Minimum aylıq əməkhaqqının artırılması haqqında” sərəncam imzalayıb.

Vizual.Az xəbər verir ki, minimum aylıq əməkhaqqının məbləği 2017-ci il yanvarın 1-dən 116 manat müəyyən edilib.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

"Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 31 avqust tarixli 3112 nömrəli sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 8, maddə 992) 1-ci hissəsi ləğv edilib.

Bu, minimum əməkhaqqının 11 manat (10,5 faiz) artımı deməkdir.

Xatırladaq ki, indiyədək minimum əməkhaqqı 105 manat olub.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.