Mourinyo qərar verdi: İbrahimoviç gedir

Mourinyo qərar verdi: İbrahimoviç gedir

İngiltərənin "Mançester Yunayted” komandası qışda ən azı 9 futbolçusunu satacaq.

Vizual.Az xəbər verir ki, bu barədə baş məşqçi Joze Mourinyo qərar qəbul edib.

Portuqaliyalı mütəxəssis müqaviləsi mövsümün sonunadək qüvvədə olan hücumçu Zlatan İbrahimoviçlə də yolları ayırmaq qərarına gəlib.

Mourinyonun qara siyahısında İbrahimoviçdən başqa müdafiəçi Matteo Darmian, Markus Roho, Fil Cons, yarımmüdafiəçi Bastian Şvaynştayger, Morqan Şnayderlin, Maykl Kerrik, Eşli Yanq, habelə hücumçu Memfis Depayın da adı var.

Xatırladaq ki, bu yay klub 4 oyunçu - Zlatan İbrahimoviç, Henrik Mxitaryan, Erik Bayi və Pol Poqbanın alınmasına 145,7 milyon funt sterlinq xərcləyib.