Müsavatçı xanım polisə aparıldı

Müsavatçı xanım polisə aparıldı

Bu gün səhər saatlarında Müsavat Partiyasının Məclis üzvü Raymonda Əliyeva polisə aparılıb.

Partiyadan verilən məlumatda bildirilir ki, polis əməkdaşları onun evinə gələrək 35-ci polis bölməsi rəisinin onu çağırdığını bildiriblər. Raymonda Əliyevanın telefonu söndürülüb. Onun əvvəlcə polisə aparıldığı bildirilir. Daha sonra polis əməkdaşları onunla birgə evinə gedərək, kompüterini götürüblər.

Raymonda Əliyevanın polisin nəzarəti altında olduğu, yenidən polis bölməsinə aparılacağı bildirilir.

Raymonda Əliyevanın saxlanması ilə əlaqədar Müsavat Partiyası bəyanat yayıb.

Bəyanatda deyilir:

"Bu gün səhər saatlarında Müsavat Partiyasının fəal üzvü Raymonda Əliyeva Xətai rayon Polis İdarəsinin 35-ci polis bölməsinə çağırılıb. Oradan Xətai rayon Polis İdarəsinə aparılıb. Polis İdarəsində bir neçə saat saxlanıldıqdan sonra polislə birgə yaşadığı mənzilə gedib və ona məxsus noutbook müsadirə edilərək, araşdırılma üçün Polis İdarəsinə gətirilib.

Müsavat Partiyası bu hadisəni insan haqlarının pozulması, Müsavat Partiyasına və müxalifətə qarşı təzyiq kampaniyasının davamı kimi qiymətləndirir. Raymonda Əliyevaya qarşı qanunsuz hərəkətlərin dərhal dayandırılmasını tələb edir”.(Basta.info)