Nazim İbrahimovun qardaşına dələduzluq - İttihamı

Nazim İbrahimovun qardaşına dələduzluq - İttihamı

"Nehrəm” MTK-nın rəhbərliyindən hüquq-mühafizə orqanlarına müraciət edilib.

Report-un xəbərinə görə, Nəsimi Rayon Polis İdarəsinə (RPİ) müraciət edən Rafael Əlizadə adlı vətəndaş MTK-nın 2014-2015-ci illərdə onun ümumilikdə 150 min dollardan çox pulunu mənimsədiyini bildirib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, "Nehrəm” MTK-nın təsisçisi Tağı İbrahimovdur. T.İbrahimov Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qardaşıdır.